"Futbol+" qəzeti

"Futbol+" qəzeti 1997-ci il oktyabrın 21-dən işıq üzü görür.

İlk baş redaktoru Mahir Rüstəmovdur. "Futbol +" əvvəllər həftədə 1 dəfə işıq üzü görüb, 1998-ci ilin martından isə həftədə 2 dəfə nəşr olunmağa başlayıb. Sonrakı illərdə dövrülük 3, 4, 2009–cu ilin 1 fevralından isə 5 dəfəyə çatdırılıb.

Qəzet adətən futbol üzrə dünya və Avropa çempionatları ərəfəsində oxucuların mühakiməsinə xüsusi buraxılış təqdim edir. Bundan başqa Azərbaycandakı vacib futbol olayları, klubların uğurları xüsusi buraxılış və ya plakatla işıqlandırılır. "Futbol+" Azərbaycan futbol çempionatının bütün oyunlarına reportyor göndərir, hər ilin sonunda Azərbaycanda ilin ən yaxşı futbolçusunu və ən yaxşı idmançını müəyyənləşdirən geniş sorğu keçirir. 1-ci, 4-cü, 5-ci və 6-cı günkü saylar 16, 2-ci günkü saylar 24 səhifədən ibarət olur.

Qəzetin 30-a yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var. Qəzet ölkənin bütün Azərbaycanda yayılır.

"Futbol+"un "Bukmeyker" adlı əlavəsi isə müstəqil qəzetə çevrilib.

Əlaqəli məlumatlar